Bank of Baku, Novruz bayramı ərəfəsində müştərilərinə müjdə dolu yeni kampaniyalara start verir. Bankın Bolkart sahibi olan yüz minlərlə müştərisi bu Novruz bayram alış-verişindən xüsusi zövq alacaqlar.
Belə ki, 19-22 mart 2016-cı il tarixlərini əhatə edən ilk kampaniya çərçivəsində, bayram alış-verişini Bolkartla edənlər, ödənişlərini 1 aya deyil, 2 ay sonra etmək imkanı əldə edəcəklər. “Martda al, Apreldə deyil, Mayda ödə” şüarı altında keçirilən bu kampaniya bütün Bolkart müştərilərinə şamil olunur. Kampaniya Bolkart partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir.
Paralel olaraq, yuxarıda qeyd olunan tarixlərdə icra olunacaq ikinci kampaniya vasitəsilə, alış-verişin döyünən ürəyi Bolkart, sahiblərinə bayram alış-verişlərini daha sərfəli şərtlərlə etmək imkanı yaradacaq. Bolkart şəbəkəsinə daxil olan istənilən “3 və 6 aya ödə” partnyor mağazada alış-veriş edən kart sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanı qazanacaqlar. Bir sözlə, 3 aylıq ödənişi 4 aya, 6 aylıq ödənişi isə hissə-hissə bölüb 7 ayadək müddətə həyata keçirə biləcəklər.
Bolkart şəbəkəsinə daxil olan partnyor mağazalar və onların qazandırdıqları bonuslar haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.