Yay istirahət mövsümünün başlanması ilə əlaqədar müştərilərin nağd pul ehtiyaclarını qarşılamaq məqsədilə Bank “BTB” ASC iyun ayının sonunadək növbəti kredit kampaniyasını keçirir. Kampaniyanın əsas üstünlüyü, kredit götürən müştərilərə əsas borcun ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunmasıdır. Belə ki, ilk 2 ayın aylıq ödənişində əsas borcun ödənilməsi tələb olunmur, yalnız faizlərin ödənişi kifayət edir.
Bundan əlavə krediti plastik kartla kredit xətti formasında da əldə etmək olar. Bu zaman Visa Classic və ya Masterсard Standard ödənişsiz müştəriyə hədiyyə olunur. Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir.
Kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək mümkündür. Müştəri sadəcə şəxsiyyət vəsiqəsilə bankın xidmət nöqtəsinə yaxınlaşıb kredit üçün müraciət etdikdə, həmin xidmət nöqtəsində müştəri üçün elektron arayış əldə olunur və bu kredit ayrılması üçün kifayət edir.
Bank BTB - nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür.