Azər Türk Bank uşaqları "Spark" cizgi filmilə təbrik etdi | Banco.az

Azər Türk Bank uşaqları "Spark" cizgi filmilə təbrik etdi

Hər zaman korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirən Azər Türk Bank "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Bakıda yerləşən uşaq evlərinin sakinlərini şəhərin ən böyük kinoteatrına dəvət etdi. Balaca tamaşaçılar burada Kanada istehsalı olan və ilk dəfə Azərbaycan dilində Murad Dadaşov, Cabir İmanov, Sənubər İsgəndərli, Hüsniyyə Məhərrəmova və başqa məşhur aktyorlar tərəfindən səsləndirilən "Spark" cizgi filminə baxıblar. Bank xüsusilə uşaqların sevincinə sevinc qatmaq üçün dünyaca məşhur olan bu filmin dilimizə dublyaj olunması işinə sponsorluq etmiş və məhz 1 iyun günündə balaca qəhrəmanlar üçün cizgi filmin ana dilimizdə nümayişininə öz dəstəyini vermişdir.

Filmə baxdıqdan sonra uşaqlar və onların müəllimləri Azər Türk Bank-ın bu təşəbbüsünə çox sevindiklərini söyləyərək, belə bir bayram hədiyyəsi üçün öz təşəkkürlərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1995-ci ildən bəri xalqa xidmət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.