“AtraBank” Plastik kartlar üzrə xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə öz dəyərli müştərilərinə mövcud və yeni xidmətlərinin siyasını təqdim edir. Bura daxildir: Card to Card, SMS bildiriş, Pin Change, İnternet və Mobil Banking.
“AtraBank” ilk əvvələr müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Mobil Bankinq” xidmətini təqdim etmişdi. Mobil Banking xidməti evdən çıxmadan smartfon vasitəsi ilə bank və komunal əməliyyatları həyata keçirməyə imkan yaradan xidmət növüdür.
Bü gün isə biz bu xidmətin alternativ versiyasını ( Smartfon, Planşet, Qadjet həvəskarları olmayanlar üçün) İnternet Bankinq xidmətini təqdim edirik.
İnternet Bankinq xidməti komputer vasitəsi ilə istifadə üçün nəzərdə tutulmuş xidmətdir.
Bu xidmətdən istifadə etməklə Siz günün 24 saatı ərzində öz kart və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:
- Kommunal xidmətlərin istifadə haqqının ödənilməsi
- İnternet xidmətlərinin ödənilməsi
- Kabel TV operatorlarının ödənişi
- Plastik kart hesabınızın balansının yoxlanılması
- Mobil telefon operatorlarının ödənişlərinin aparılması
- “Card-to-Card" xidməti vasitəsilə kartdan karta pul köçürülməsi
- Kartın bloklaşdırılması - əgər kartınız itərsə və ya oğurlanarsa bu xidmətdən istifadə etməklə Siz dərhal kartınızı özünüz bloklaşdıra bilərsiniz
İnternet Bankinq sisteminə necə qoşulmaq və ondan necə istifadə etmək olar?
İstifadəçilər “AtraBank” bankomatları və ya www.atrabank.az saytına daxil olub xidməti aktiv edə bilər. Sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb olunmur.Hər hansı bir İnternet brauzer kifayət edir.
Tam ətraflı saytda qeyd olunan əlavədə tanış ola bilərsiniz.
Tel: *9595
URL: www.atrabank.az
FB: https://www.facebook.com/AtraBankASC?ref=hl