2016-cı il 4-8may tarixlərində ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna“AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə xidmət göstərdi.5 gün ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı,Pirqulu və digər bölgələrində “AtaMatik”iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaratmışdır.“AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bildi.
Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki,“AtaHolding” ASC-nin sponsoru olduğu “Tour d’Azerbaidjan” beynəlxalq veloturunda iştirakçılara bank xidməti göstərməkdən yalnız qürur duyuruq.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.