“AtaBank”-ın facebook fanları hədiyyə qazanıb | Banco.az

“AtaBank”-ın facebook fanları hədiyyə qazanıb

Bu gün “AtaBank”-ın baş ofisində facebook səhifəsinin fanlarına  dəyərli hədiyyələr təqdim olundu. Aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar “AtaBank” tərəfindən Yeni il münasibəti ilə mükafatlandırılıblar.  Yeni il çərçivəsində  Səbuhi  Cumşüdə, Aynur Bənnayevaya, Gülüstan Qəhramanovaya, İlahə Rəhimliyə , Elmirə Əzizovaya, Sevgi Hüseynovaya  və Ülkər Cəfərovaya  “AtaBank”-dan bahalı hədiyyələr təqdim olunub.   

Azərbaycanda ən populyar sosial şəbəkə olan facebook-da “AtaBank”-ın rəsmi səhifəsi bir neçə aydır ki fəaliyyət göstərir. Burada “AtaBank”-ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Facebook səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar isə burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Elə bu yaxınlarda “AtaBank”-ın facebook səhifəsində fanlar üçün yeni “Yeni İl, Yeni Şans” kampaniyasına start verilib.

 “AtaBank” sosial şəbəkələrdə fəaliyyətini yalnız facebook-la məhdudlaşdırmır. Müştərilər twitter, youtube, linkedin, google+ və digər populyar sosial şəbəkələrdə bankın rəsmi səhifələrini görə bilərlər.