Artıq “Bank of Baku”-nun müştəriləri kreditlərini “MilliÖN” terminallarında ödəyə bilər! | Banco.az

Artıq “Bank of Baku”-nun müştəriləri kreditlərini “MilliÖN” terminallarında ödəyə bilər!

Bundan belə “Bank of Baku” və “MilliÖN” milli ödəmə sistemi ilə əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişlərini respublikanın bir çox şəhərlərində yerləşdirilmiş “MilliÖN”-ə aid 1100-ə yaxın ödəniş terminallarında ödəyə biləcək.

Terminallar vasitəsilə kredit ödəməsi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadə və rahatdır. Terminalın monitorunda müştərinin rahatlığı üçün bütün yazılı və vizual təlimatlar və məlumatlar öz əksini tapıb.

Krediti ödəmək üçün öncə monitordakı “Bank xidmətləri” pəncərəsinin “Bank of Baku” bölməsini seçmək lazımdır. Daha sonra isə hesab nömrəsi, şəxsiyyət vəsiqəsinin kodu və valyuta növünü (AZN/USD) seçmək və sonda nağd vəsaiti aparata daxil etmək tələb olunur. Ödəmədən dərhal sonra qəbzi götürmək tövsiyyə olunur.

Hazırda Azərbaycan ərazisində “MilliÖN” ödəmə sisteminə məxsus  terminallar ən müxtəlif  ictimai yerlərdə quraşdırılıb.

Ödəmə xidmətləri pulsuzdur.

“MilliÖN” terminalları həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir. Bu sistem vasitəsilə həmçinin kommunal, internet, kabel televiziyasının ödənişi həyata keçirmək, telefona mobil balans yükləmək mümkündür.

Əlavə məlumat: “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi və “MilliÖN” sisteminin *0010 nömrəli “Qaynar xətti”.

Ən sərfəli kredit üçün müraciət et