Maliyyə naziri Samir Şərifov özünə daha bir müşavir təyin edib. "Report"un məlumatına görə, nazirin yeni müşaviri Elxan Cəfərovdur.
Samir Şərifov özünə daha bir müşavir təyin edib


Maliyyə naziri Samir Şərifov özünə daha bir müşavir təyin edib. "Report"un məlumatına görə, nazirin yeni müşaviri Elxan Cəfərovdur.
İyulun 9-da Amerikanın Azərbaycandakı Ticarət Palatası (AmCham) Bakıda hər il yerli biznes nümayəndələrini və onların ailələrini qeyri-rəsmi şəraitdə bir yerə toplayan ənənəvi piknik keçirib. Ötən illərdə olduğu kimi, tədbirin əsas sponsorları sırasında Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank da var idi.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi internet səhifəsi üçün www.fimsa.az ünvanı seçilib. Bu barədə "Report"a açıqlamasında Palatanın Direktor Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 % artaraq 489,5 manat olub.
Avstriyanın "Veno Investment GmbH" şirkəti "Kredobank" ASC-nin səhmdarı olub. "Report"un əldə etdiyi məlumata görə, bu, Bankın nizamnamə kapitalının 22,66 mln. artırılaraq 73,2 mln. manata çatdırılması çərçivəsində baş tutub.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləmək üçün AccessBank-a 17 milyon ABŞ dolları dəyərində kredit ayırıb. “Biz Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi mühüm səhmdarımızın və, eyni zamanda, uzunmüddətli tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk. Hazırkı mürəkkəb iqtisadi şəraitdə bu addım QDTİB tərəfindən bankımıza olan inam və etimadın mühüm göstəricisidir.
Dünya Bankı (DB) Qrupu son bir ildə 61 mlrd. ABŞ dolları həcmində kredit ayırıb. “Report” xəbər verir ki, bu barədə Bankın 1 iyul 2015 - 30 iyun 2016-cı il tarixlərini əhatə edən hesabatında qeyd edilir.
12 iyun 2016-cı il tarixində Azərbaycan Bank Tədris Mərkəzi ilə ADA Universitetinin birgə təşkilatçılığı ilə Bankların İnsan Resursları departamentlərinin rəhbərlərinin iştirakı ilə “Coaching in HR ” təlimi keçirilib.
Təlimçi qismində Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Leyla Məhərrəmova çıxış edib.
Azərbaycan Mərkəzi Bankı 13 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5549 manat təşkil edir.
12 iyul 2016-cı il tarixində "Bank Standard" KB-nın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub.