Son bir ildə Azərbaycan banklarının qiymətli kağız portfelində əhəmiyyətli . İlin əvvəlində portfel 7 milyard 654 milyon manat təşkil edirdisə, ilin sonuna yaxın bu rəqəm 9 milyard 606 milyon manata yüksəlib.
Banco.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artım əsasən xarici valyuta istiqamətində baş verib. İlin əvvəlində xarici valyuta portfeli 3 milyard 888.6 milyon manat səviyyəsində idisə, avqust 2025-də 4 milyard 553 milyon manata (ekvivalent) çatıb, yəni təxminən 17 faiz artım qeydə alınıb.
Milli valyutada isə portfel daha sakit inkişaf edib. İlin əvvəlində 5 milyard 475 milyon manat olan milli valyuta portfeli ilin sonuna qədər 5 milyard 52 milyon manata düşüb, bu da təxminən 423 milyon manat və ya 8 faiz azalma deməkdir.
Qeyd edək ki, Maliyyə Nazirliyi dövlət xəzinəsinin fond bazarındakı borclanmanı dayandırmışdı. Belə ki, 2025-ci ilin ilk 8 ayında Azərbaycanda manatda əsas istiqraz buraxan Nazirlik yalnız sentyabrdan hərracları bərpa edib. Nazirlik əvəzində 2025-ci ilin ilk 8 ayı ərzində əsas 5 banka 7%-lik depozitlər qoyub.