Oktyabrın 26-da İslamabadda Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ölkələrinin XV nazirlər konfransı keçiriləcək.
Azərbaycan CAREC Proqramı ölkələrinin nazirlər konfransına qatılacaq


Oktyabrın 26-da İslamabadda Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ölkələrinin XV nazirlər konfransı keçiriləcək.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aşağıbüdcəli aviaşirkəti Bakıya birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır. "Report"un BƏƏ saytlarına istinadən verdiyi xəbərə görə, loukost şirkət 2017-ci il martın 23-dən etibarən həftədə 4 dəfə Şarja beynəlxalq hava limanından Azərbaycan paytaxtına və əks istiqamətdə uçuşların yerinə yetirilməsinə başlayacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 22-də növbəti açıq hərrac keçirəcək. Komitədən "Report"a verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.
ABŞ-ın ən iri sığorta şirkətlərindən biri olan AIG Ukrayna və Qazaxıstan bazarını tərk edir.
"APA-Economics" xəbər verir ki, şirkətin hər iki ölkədə fəaliyyət göstərən törəməsi artıq yeni müqavilələr imzalamır, habelə köhnə müqavilələrin müddəti uzadılmır.
Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 1% artacaq. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.
Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq.
Azərbaycan Mərkəzi Bankı 24 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, oktyabrın 24-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6151 manat təşkil edir.
Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,18 dollar və ya 0,34% artaraq 52,59 dollar təşkil edib.
Mənbə: APA.az
“A.M. Best” Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidməti “AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. Azərbaycanın sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini (Financial Strength Rating) “B+” olaraq müəyyən edib.
Amerika fond bazarında Dow Jones indeksi 0,09% - 18 145,71 bəndədək, S&P 500 0,01% - 2 141,16 bəndədək azalıb, NASDAQ 0,30% - 5 257,40 bəndədək artıb.
Dünya bazarında neft bahalaşıb.
"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar artaraq 50,85 dollar təşkil edib.