ABŞ Senatı büdcə layihələrini təsdiq etməyib | Banco.az

ABŞ Senatı büdcə layihələrini təsdiq etməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökumətinin bağlanması ötən həftə qlobal bazarlarda əsas diqqət mərkəzində olub.

Banco.az xəbər verir ki, ABŞ Senatı Respublikaçılar və Demokratlar tərəfindən təqdim olunan federal hökumətə maliyyə təmin etməyə dair müvəqqəti büdcə layihələrini təsdiqləməyib.

Federal hökumətin maliyyələşməməsi səbəbilə bağlanmasının üçüncü günündə Senatda yenidən səsvermə keçirilib.

İlk olaraq Demokratların təqdim etdiyi müvəqqəti büdcə layihəsi əsas səsverməyə keçmək üçün aparılan prosedur səsverməsində tələb olunan səsləri toplaya bilməyib.

Daha sonra dördüncü dəfə səsverməyə çıxarılan, Respublikaçılar tərəfindən təqdim edilən və hökumətə 21 noyabra qədər maliyyə təmin etməyi nəzərdə tutan müvəqqəti büdcə layihəsi də yetərli səs qazana bilməyib.

ABŞ Konqresində büdcə ilə bağlı hələ də razılığa gəlinməməsi hökumətin nə vaxt açılacağına dair qeyri-müəyyənliyi artırıb.

Senatın hökumətin bağlanmasına səbəb olan büdcə anlaşmazlığını həll etmək məqsədilə bazar ertəsi axşamı yenidən səsvermə keçirəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram