Banco.az sizlərə onlarla yeni bank və maliyyə sahəsinə aid iş elanlarını təqdim edir.
Daha ətraflı məlumat üçün müvafiq vakansiyanın üzərinə klikləyin..
Banco.az sizlərə onlarla yeni bank və maliyyə sahəsinə aid iş elanlarını təqdim edir.
Daha ətraflı məlumat üçün müvafiq vakansiyanın üzərinə klikləyin..
"Nikoil Bank" yarandığı 1994-cü ildən bəri müəyyən tarixə, öz ənənələrinə və müştəri bazasına malik olan, ölkənin universal banklarından biridir. Ölkənin öndəgedən banklarından biri olan Nikoil Bank sizi öz komandasına dəvət edir.
Gün keçdikcə məşhurluğu artan 'freelance' anlayışı hər hansı bir sahədə müstəqil çalışmaq olaraq təyin olunur. Təbii ki, həm ofis işinin, həm də freelance iş üçün üstünlüklər və mənfi cəhətlər vardır. Sizlər üçün hazırladığımız karikaturalar isə bu nüansları zarafatyana, həmçinin də dəqiq şəkildə izah edir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMCarasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə ölkə ərazisində ASAN ödəniş terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur.
Bazardakı mövcud debet kartların müqayisəsi göstərir ki, Azərbaycanın ən çox qazandıran debet kartı ALBALI PLUS debet kartıdır. Unibankın cashback layihəsi bu gün yüzlərlə mağazanı əhatə edir. Bankın bütün əmək haqqı kartları və eləcə də ALBALI PLUS kredit və ALBALI PLUS debet kart sahibləri bu mağazalardan alış- veriş edərkən, xərclədikləri vəsaitin 20%-dək hissəsi karta geri qayıdır.
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr qanununun tətbiqi barədə fərman imzalayıb.
Asiya birjalarında çərşənbə axşamı keçirilən əməliyyatlarda dolların məzənnəsi sabitləşib.
Federal Tədqiqatlar Bürosu Hillari Klinton barəsində araşdırmanı dayandırdıqdan sonra xanım namizədin seçkidə qalib olma şansı artıb. Bu isə öz növbəsində birjalarda ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşmasına səbəb olub.
Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində bu ilin sentyabr ayında kommersiya banklarına xalis rubl satışı 903,672 mln. RUB təşkil edib.
OPEC təşkilatına üzv olan ölkələrin neftinin orta qiyməti 2040-cı ilə qədər nominal ifadədə 155 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 92 dollar/barel) yüksələ bilər. Bu barədə OPEC-in 2040-cı ilə qədər neft bazarı ilə bağlı hazırladığı hesabatda (World Oil Outlook) deyilir.