Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycana 99 milyon 691 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyon 37 min dollar və ya 1.05% artıb.
2024-cü ilin yanvar-avqust aylarında ölkəyə 98 milyon 654 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, 8 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.66% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!