Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. Bank dairələrindən əldə edilən məlumata görə, bugünki hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.
Banklar dolları istədikləri qiymətə alıb-sata biləcək

