Azərbaycan Beynəlxalq Bankının mətbuat xidməti Bankın,haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib. Mətbuat xidmətinin açıqlamasına görə, həmin filiallar Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filiallarıdır. Bu filiallarla bağlı araşdırmaların aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarş Mübarizə Baş İdarəsinə ABB özü müraciət edib.
Azərbaycan Beynəlxalq Bankı filiallarla bağlı məsələyə aydınlıq gətirdi

