“Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”. Bunu Beynəlxalq Valyuta Fondundan (IMF) bildiriblər.
IMF: Azərbaycan əhəmiyyətli maliyyə buferinə malikdir


“Azərbaycan cari maliyyə ehtiyaclarını ödəmək üçün əhəmiyyətli buferə malikdir”. Bunu Beynəlxalq Valyuta Fondundan (IMF) bildiriblər.
“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) əməkdaşlarının tibbi sığortalanması üzrə xidmət təkliflərinin cəlb edilməsi başa çatıb. Bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumata görə, satınalmanın qalibi olaraq “PAŞA Sığorta” ASC seçilib. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.
Vergilər Nazirliyinin Xüsusi Gəlirlər Departamenti Milli Gəlirlər Departamenti adlandırılıb.
Departamentə əvvəlki kimi Habil Məmmədov rəhbərlik edir.
“Muğanbank” ASC nizamnamə kapitalını 10 mln. manat və yaxud 15,38% artıraraq 75 mln. manata çatdırıb. Bu barədə Bankdan bildirilib.
Qlobal maliyyə bazarı ABŞ dollarının kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər. "Rambler" portalına istinadən xəbər verilir ki, bu proqnozla ABŞ-ın "Citigroup" maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 7-də keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Komitədən verilən məlumata görə, hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.
Çinin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayında 41 mlrd. ABŞ dolları və ya 1,36% azalaraq 3,01 trln. dollara kimi geriləyib. "Reuters" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Çin Xalq Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Azərbaycan Mərkəzi Bankı 9 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7742 manat təşkil edir.
2016-cı ilin noyabr ayında Bakının ilkin mənzil bazarındakı payına görə liderliyi Yasamal rayonu edib. Bu barədə paytaxtın daşınmaz əmlak bazarında monitorinq aparan "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, ay ərzində ümumi tikinti portfelində paytaxtın rayonlarının payı aşağıdakı kimi olub:
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 (yüz) manat olan 2 600 000 (iki milyon altı yüz min) ədəd qısamüddətli notlarının emissiya prospekti 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.