Banco.az | Tezliklə

On tələbənin təhsil haqqını Azər Türk Bank ödəyəcək

Azərbaycanca

Hər il Novruz bayramında korporativ müştərilərini hədiyyələrlə təbrik edən Azər Türk Bank bu il  ənənəni pozdu. Belə ki, bank rəhbərliyinin qərarı ilə müştərilərə Novruz bayramı hədiyyəsi üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarında oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş 10 nəfər tələbənin bir illik  təhsil haqqı ödəniləcəkdir.  Qeyd etmək lazımdır ki, Bank tərəfindən atılan bu xeyirxah addımın ikiqat səmərəsi vardır.

Britaniya parlamenti funt sterlinqi vurdu

Britaniya parlamenti baş nazir Tereza Meyə Avropa İttifaqından çıxış proseduruna başlamaq üçün rəsmən icazə verib. "Reuters" agentliyinə istinadən verilən xəbərə görə, parlamentin hər iki palatası "Brexit"ə dəstək verib. 

Azərbaycanca

Qlobal borc bazarında fəallıq artıb

İnkişaf etməkdə olan ölkələr qlobal borc bazarında fəallığını artırıb. "Reuters" agentliyinə istinadən verilən xəbərə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sabah, martın 15-də uçot dərəcəsinin gözlənilən artımından sonra qlobal maliyyə bazarları il ərzində daha 3 dəfə baza faiz dərəcəsinin artırılmasını proqnozlaşdırır.

Azərbaycanca

Novruz bayramı günlərində banklar gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir. Palatadan verilən xəbərə görə, Palatanın tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycanca

Dollar yenidən ucuzlaşdı - HƏRRAC

14 mart 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.

Azərbaycanca

30 000 AZN-dək nağd pulkreditləri!

Azərbaycanca

Expressbank milli valyutada 30 000 AZN-dək nağd pul kreditləri təklif edir. Kreditə girov qismində dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış sahəsi çıxış edə bilər.

Korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub

Bu ilin fevral ayı ərzində Azərbaycanda vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Azərbaycanca

Azərbaycan prezidenti: Xarici borcumuzu bir neçə aya ödəyə bilərik

“Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar”.

Azərbaycanca

2 bankın filialı bağlanıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilib.

Bu barədə Palatadan bildirilib.

Azərbaycanca

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 14% artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 093,7 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 258,8 mln. manat və ya 14% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »