Çin son 12 ayda qızıl ehtiyatlarını artırır | Banco.az

Çin son 12 ayda qızıl ehtiyatlarını artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankı qızıl qiymətlərinin rekord səviyyələrə çatdıqdan sonra bərpa olunması fonunda oktyabr ayında qızıl ehtiyatlarını artırıb.

Banco.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, Çinin qızıl ehtiyatları sentyabr ayında 74,06 milyon unsiya olduğu halda, oktyabrda 74,09 milyon unsiyaya yüksəlib.

Beləliklə, Çinin qızıl ehtiyatları ardıcıl olaraq 12 ay artım göstərib.

ABŞ və Çin arasında ticarət sazişinin imzalanmasından sonra “təhlükəsiz liman” kimi qəbul edilən külçə qızıla tələbat azalsa da, bu, qiymətlərin bərpasını dəstəkləyib. Lakin qızıl ABŞ-da faiz dərəcələrinin azaldılması da daxil olmaqla müsbət iqtisadi göstəricilərin davam edəcəyi gözləntiləri fonunda, 1979-cu ildən bəri ən yaxşı illik göstəricisinə doğru irəliləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram