Martın 16-a Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da dollar və avronun alış-satış qiymətlərini təqdim edirik:
Banklarda dollar və avronun alış-satış qiymətləri - SİYAHI
Martın 16-a Azərbaycan banklarında, eləcə də ölkənin milli poçt operatoru olan “Azərpoçt”da dollar və avronun alış-satış qiymətlərini təqdim edirik:
2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. Bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.
Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.
"Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Mərkəzi Banka (AMB) 7,5 mlrd. dollarlıq transfert manatın sabitliyinə töhfə verə bilər". Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Avropa Yenidənqurma və İnkişaf Bankının iqtisadçısı Konstantin Kintsuraşvili deyib.
"Azərbaycan manatına inam mütləq şəkildə bərpa olunmalıdır". Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin suveren ölkələr üzrə departamentin baş direktoru Paul Qambl deyib.
“Banklar və Biznes Qəzeti”- nin www.bbn.az veb portalı tərəfindən plastik kartlar üzrə ən sərfəli tariflərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparılmışdır. Araşdırma plastik kartlardan nağdlaşdırma zamanı tətbiq olunan komissiyalar və plastik kartların əldə edilməsi üzrə tələb edilən minimum ödəniş haqqları tariflərini əhatə edir.
"Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft hasilatının həcmini 4,7% artıracağını gözləyirik".
Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Maksim Edelson deyib.
"Bu il dünya bazarında neftin orta qiymətinin 52,5 dollar/barel olacağını proqnozlaşdırıq". Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin nümayəndəsi Maksim Edelson deyib.
"BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollardan çox investisiya yatırıb".
Bunu Layihələri İdarəetmə Məktəbinin yenidən açılış mərasimində çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Azərbaycanın tədiyyə balansında cari hesabın kəsirinin ÜDM-ə nisbətinin 2017-ci ildə 2,4%, 2018-ci ildə isə 5% təşkil edəcəyi gözlənilir.
Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin müstəqil reytinqlər üzrə direktoru Pol Gembl (Paul Gamble) Agentliyin Bakıda keçirilən VI illik konfransında bildirib.
“ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün başa çatan ikigünlük iclasında uçot dərəcəsini artıraraq 1%-ə çatdırması ilə bağlı qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək”.