Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.03.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7201 səviyyəsində müəyyən olunub.
Martın 28-nə dolların məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.03.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7201 səviyyəsində müəyyən olunub.
Roland Pladet Asiya İnkişaf Bankı tərəfindən “Şahdəniz” yatağının ikinci mərhələsinin investisiya proqramına hazırlıq üçün texniki yardım layihəsi üzrə əlaqələndirici təyin olunub.
Bu barədə banka istinadən məlumat verilir.
Marin Le Pen Fransada keçirilən prezident seçkilərində qələbə qazandığı təqdirdə avronun dollara nisbətən məzənnəsi 15 illik minimuma enəcək. Bu barədə "Bloomberg" agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçı və analitiklərin konsensus-proqnozunda qeyd edilib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman - tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
“Bloomberg” terminalında dollar yeni iş həftəsinə bahalaşma ilə başlasa da, gün ərzində 4 ayın minimumuna qədər düşüb.
Terminal üzərində banklar arasında dolların son ticarəti 1,6955 manatla aparılıb. Bu isə dolların manat qarşısında 0,56% ucuzlaşması deməkdir.
Uzun müddətdən sonra sığortaçıları narahat edən məsələyə Konstitusiya Məhkəməsi aydınlıq gətirib.
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 2016-cı il 18 may tarixli qərarını ləğv edib. Bu isə o deməkdir ki, sığorta agentləri 20% əvəzinə, yenidən 4% vergi ödəməkdə davam edəcəklər.
Ötən il MDB ölkələri banklarının kredit portfelində xarici valyutada olan kreditlərin xüsusi çəkisi 2,9 faiz bəndi azalıb. Bu effekt Azərbaycan, Tacikistan və Ukrayna kimi milli valyutanın devalvasiyasının davam etdiyi ölkələrdə bir qədər çox, 4,4 faiz bəndi olub.
Azərbaycanda ən böyük bank olmayan kredit təşkilatı “Finca Azerbaijan”ın filiallarının yarısı kredit verilişini dayandırıb.
Kredit təşkilatından bildirilib ki, yanvar ayından etibarən Bakı, Abşeron, Şirvan, Quba, Siyəzən, Zaqatala üzrə filiallar da daxil olmaqla ümumilikdə 28 filialdan 12-də kredit verilişi dayandırılıb.
Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir ki, bilmir...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovdeyib ki, milli valyutanın məzənnəsinin sabit saxlanması doğru deyil:
Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.