Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.