Toplu pul əməliyyatlarını daha rahat və sürətli etmək imkanı yaradılıb. Yelo Bank-ın fiziki, hüquqi və sahibkar müştəriləri irihəcmli, nağd mədaxilləri və kredit ödənişlərini “KorpON” terminalları vasitəsilə edə biləcəklər.
Bu əməkdaşlıq sayəsində Yelo Bank müştəriləri banka gəlmədən, günün istənilən vaxtında və toplu şəkildə bank əməliyyatlarını icra edirlər. Terminallar yalnız AZN valyutasını qəbul edir və birdəfəlik mədaxil limiti maksimum 14 999 AZN-dir.
Yelo Bank müştərilərinin rahatlığı üçün toplu mədaxillər "KorpON" terminallarında!

