Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Çərşənbə axşamı səhər neft qiymətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağı təqdirdə qlobal tədarükün azalacağı qorxusu fonunda artmaqda davam edir.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,48 dollar (0,73%) artaraq bir barel üçün 66,5 dollar təşkil edib.

Bazar ertəsi müqavilə 0,52 dollar (0,79%) artaraq 66,02 dollar/barel olub.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,44 dollar (0,71%) artaraq 62,7 dollar/barelə çatıb.

Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,39 dollar (0,63%) artaraq bir barel üçün 62,26 dollar olub.