Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın İqtisadiyyat naziri Ryosei Akazava bildirib ki, ABŞ sentyabrın 16-dək Yaponiya mallarına, xüsusilə də avtomobillərə və ehtiyat hissələrinə tarifləri azaldacaq.
Banco.az xəbər verir ki, O, ABŞ prezidenti Donald Trampın ABŞ-Yaponiya ticarət razılaşması ilə bağlı sərəncamını rəsmiləşdirən 9 sentyabr tarixli ABŞ Federal Reyestr sənədinə istinad edərək, Yaponiya mallarına yenidən baxılmış tariflərin dərc olunduqdan sonra yeddi gün ərzində qüvvəyə minəcəyini bildirib.
ABŞ iyul ayında Yaponiya ilə ticarət razılaşması əldə edərək, yapon mallarına rüsumları 15 faizə endirməyə razılaşıb. Bunun müqabilində Yaponiya ABŞ-a 550 milyard dollarlıq investisiya və kredit paketini qəbul etdi.
Trampın keçən həftə imzaladığı sərəncam, aşağı tariflərin nə vaxt tətbiq ediləcəyi ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırdı.