Zaur müəllim, AFB Bankın idarə heyətinin sədri təyin olunub. Bununla bağlı olaraq, Banco.az portalı onunla bağlı məlumatları Sizə təqdim edir. Qeyd edək ki, Zaur bəy bank sahəsindəki karyerasına 1998-сi ildə başlayıb. 1979, 7 May təvəllüdlüdür.
Təhsil
- 2009-2012 - CFA İnstitute, “level 2” namizədi, İnvestisiya və Maliyyə
- 1995 – 1998 – Azərbaycan Dövlət İqtisad Universiteti, Mühasibat və Audit, bakalvr
Karyera
Avqust 2017 – AFB Bankda İdarə Heyətinin sədri təyin olunub
Yanvar 2017 – Azərbaycan Beynəlxalq Bankının Moskva tərəməsinin Müşahidə Şurasının sədri olub.
May 2015 – Sentyabr 2016 - İdarə Heyətinin sədrinin müavini, İdarə heyətinin üzvü, Baş risk inzibatçısı, Bank of Baku (risklərin idarə edilməsi, korporativ hüquq, çirkli pulların yuyulması ilə mübarizə sahələrini kurasiya edib)
Yanvar 2012 – May 2015 – İdarə Heyətinin sədrinin müavini, İdarə heyətinin üzvü, Bank of Baku (İnsan resursları və maliyyə sahəsini kurasiya edib)
Aprel 2009 – Dekabr 2011 - Sədr müavini, Bank of Baku (PR və Reklam, HR, Təchizat və Təhlükəsizlik)
2008 Yanvar – 2010 Yanvar – Departament rəhbəri, Bank of Baku
2006 İyul – 2008 Yanvar- Menecer, Müştəri Xidmətləri Strategiyaları departamenti, Bank of Baku
Aprel 2005 - 2006 İyul, Filial müdiri/Baş ofis, Bank of Baku
Yanvar 2004 – Aprel 2005 - Menecer, Riteyl şöbəsi, Bank of Baku
Mart 2003 –Yanvar 2004 – Aparıcı mütəxəssis, Riteyl şöbəsi, Bank of Baku
Mart 2003 –Yanvar 2004 – Aparıcı mütəxəssis, Riteyl şöbəsi, Bank of Baku
Noyabr 2002 - Mart 2003 – Mütəxəssis, Riteyl şöbəsi, Bank of Baku
Dekabr 2001 - Noyabr 2002 – Menecer, Xarici valyuta əməliyyatları şöbəsi, Atlantbank
Yanvar 1999 - Dekabr 2001 – Mütəxəssis, Xarici valyuta əməliyyatları şöbəsi, Atlantbank
Sentyabr 1998 - Yanvar 1999 – Mütəxəssis, Qiymətli kağızlar şöbəsi, Atlantbank
Sitatlar
Bank sahəsində çalışmaqla bağlı
Bilirsiniz, xarici dil bilikləri barədə soruşmaq bir ənənəyə çevrilib, lakin inandırım sizi – bankda bir çox vəzifələrdə xarici dil heç istifadə olunmur.
İngilis dili əsasən beynəlxalq hesablaşmalarla məşqul olan, xarici şirkətlərə və əcnəbi vətəndaşlara xidmət göstərən, beynəlxalq səviyyədə partnyorlarla əlaqədə olan sahələrə tələb olunur. Xarici dil bilikləri insanın ilk növbədə özünə lazımdır.
İnkişaf etmək üçün mütləq şəkildə qabaqcıl mətbəəni oxumaq, təcrübəni mənimsəmək lazımdır, bu isə əsasən ingilis dilində baş verir.
Mən əks problem haqqında demək istərdim – bir çox namizəd öz ana dilini normal səviyyədə bilmir, işgüzar ünsiyyətdə və yazışmalarda çətinlik çəkirlər.
Şəxsən mənim mövqeyim çox prinsipialdır – neçə xarici dil bilməsindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşı dövlətimizin rəsmi dili olan Azərbaycan dilini yaxşı səviyyədə bilməlidir və sərbəst ünsiyyət qurmalıdır.
Bankda çalışmaq istəyən şəxs - əzmkar, aktiv, ünsiyyətcil, iş yoldaşlarına dəstək olan, öz üzərində çalışan olmalıdır və ən əsası – bankda çalışdığı ilk gündən bankı və işini sevməlidir!
Professional bilik və bacarıqlara gəldikdə isə, əlbəttə maliyyə üzrə baza biliklərinə malik olmalıdır, riyazi məntiqi güclü olmalıdır. Bu keyfiyyətlərə malik olan şəxslər sınaqlardan uğurla keçir, karyeralarında nailiyyətlər əldə edirlər.