Azərbaycanda 2026-cı ilin əvvəlinə pensiyaçıların 13,8 faizi işləyib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, həmin dövrdə ölkədə pensiyaçıların ümumi sayı 1 milyon 99 min nəfər olub.
Onların 611 mini qadın, 488 mini kişi olub. Qadınlar pensiyaçıların 55,6 faizini, kişilər isə 44,4 faizini təşkil edib.
