Yaponiyada ötən il müflisləşən korporativ şirkətlərin sayı 35,2 faiz artıb | Banco.az

Yaponiyada ötən il müflisləşən korporativ şirkətlərin sayı 35,2 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada 2023-cü ildə müflisləşən korporativ şirkətlərin sayı 35,2 faiz artıb.

Banco.az xəbər verir ki, kredit araşdırma təşkilatı “Tokyo Shoko Research” ən azı 10 milyon yen (68 min dollar) borcu olan korporativ şirkətlərin vəziyyətini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, Yaponiyada 2023-cü ildə müflisləşən korporativ şirkətlərin sayı əvvəlki ilə nisbətən 35,2 faiz artıb.

Belə ki, Yaponiyada 8 mindən çox korporativ şirkətin ötən 4 ildə ilk dəfə ləğvetmə prosedurlarına başladığı qeyd edilib.

Araşdırmada iflasa gətirib çıxaran səbəblər kimi ən çox artan xammal xərcləri və artan enerji xərcləri göstərilib.

Araşdırılan 10 sektorun hamısında artım müşahidə edilərkən, xidmət sektoru 2 min 940 hadisə ilə ən çox iflasla birinci sırada qərarlaşıb.

İl ərzində müflis olan şirkətlərin qoyub getdiyi ümumi maliyyə öhdəliyi əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 2,4 trilyon yenə (16,4 milyard dollar) çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram