Yanvar ayında əhali ərzağa 2 mlrd. manatdan çox pul xərcləyib | Banco.az

Yanvar ayında əhali ərzağa 2 mlrd. manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi ötən ay ərzaq məhsullarına 2 milyard 241 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2,6% çoxdur. 

Məlumata görə, hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram