Tramp: FED faiz dərəcələrini azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq | Banco.az

Tramp: FED faiz dərəcələrini azaltmasa, ABŞ bəzi ölkələrlə ticarəti dayandıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Ölkənin mərkəzi bankı olan Federal Ehtiyat Sistemi (FEES) əsas faiz dərəcəsini aşağı salmasa, ABŞ müəyyən ölkələrlə ticarəti dayandıracaq.

ABŞ prezidenti bu açıqlamanı İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada verib.

"Bunu müəyyən ölkələrlə bağlı edəcəyəm. Başqa seçimim yoxdur. Digər ölkələrlə ticarət kəsirimiz ola bilməz. Digər prezidentlər böyük kəsirlərə yol veriblər və biz bu vəsaiti ala bilməyəcəyik. Mən bunu edəcəyəm. Bu, bir az vaxt aparacaq", - deyə Amerika prezidenti əlavə edib.

 Qeyd edək ki, maliyyə tənzimləyicisi iyulun sonunda baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb. FED-in növbəti faiz iclası 15-16 sentyabrda keçiriləcək.