Müəllif:Mehin Qasımova,Banco.az
İndoneziya qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfə verməyə hazırdır.
Banco.az xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Prabovo Subianto Hindistanda keçirilən BRICS sammiti çərçivəsində bildirib.
Prezidentin sözlərinə görə, İndoneziya uzun illər taxıl, düyü və qarğıdalı idxal edən ölkə olub. Hazırda isə ölkə bu məhsullar üzrə ixracatçıya çevrilib.
“İndi biz ixracatçıya çevrilmişik və dünyanın qalan hissəsinə dəstəyimizi gücləndirə biləcəyik”, - deyə Prabovo Subianto bildirib.
İndoneziya prezidenti vurğulayıb ki, bu nəticə ölkənin milli potensialının inkişafı və gücləndirilməsi hesabına mövcud məhdudiyyətlərin aradan qaldırılmasının mümkün olduğunu nümayiş etdirir.
Qeyd edək ki, BRICS sammiti sentyabrın 12-13-də Hindistanın Yeni Dehli şəhərində keçirilib. İndoneziya 6 yanvar 2025-ci ildə BRICS-in tamhüquqlu üzvü olub.
