"Ford" ABŞ-da yüz minlərlə avtomobili geri çağırır | Banco.az

"Ford" ABŞ-da yüz minlərlə avtomobili geri çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Ford" ABŞ-da yüz minlərlə avtomobili geri çağırır.

Banco.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) (NHTSA) şənbə günü açıqlamasında "Ford"un ABŞ-da 223 min 472 avtomobili yanacaq baklarındaki sızmalar və düzgün bərkidilməməsi səbəbindən geri çağırdığını, bu bakların sürüş zamanı avtomobildən ayrıla biləcəyini bildirib. 

"Reuters"ın məlumatına görə, NHTSA açıqlamasında yerindən çıxmış yanacaq bakının yolda təhlükə yaradaraq qəza riskini artıra biləcəyini, yanacaq sızmasının isə mühərrikin dayanmasına və ya yanğın riskinin artmasına səbəb ola biləcəyini vurğulayıb.

Açıqlamada bu narahatlıq səbəbindən 2023-2027 model bəzi "F-150" avtomobillərinin geri çağırılacağı, səlahiyyətli servislərin yanacaq bakı kəmərlərini zəruri hesab etdikləri təqdirdə pulsuz yoxlayıb dəyişdirəcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram