Ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bank 2026-cı ilin III rübünün maliyyə göstəricilərini açıqladı.
Hesabat dövrünün sonuna Bankın aktivləri 2,828 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin anoloji dövrünün sonuna olan məbləğlə müqayisədə artaraq 1,98 mlrd manat, depozitlərin həcmi (digər maliyyə institutları daxil) 1,868 mlrd manat təşkil etmişdir.
2026-cı ilin III rübünün sonuna Bankın cəmi kapitalı 536 mln manat, xalis mənfəəti 24 mln manat təşkil etmişdir.
