Azərbaycanda dövlətə məxsus daha bir şirkət ləğv olunur | Banco.az

Azərbaycanda dövlətə məxsus daha bir şirkət ləğv olunur

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) balansındakı "İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi" MMC ləğv olunduğunu elan edib.

Bu barədə  Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi" dövlət əmlakının özəlləşdirilməsi üzrə hərraclara çıxarılıb.