Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank 2026-cı ilin yanvar-sentyabr aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə AccessBank-ın xalis mənfəəti 45 milyon 246 min manat təşkil edib. Bu, illik müqayisədə 9 milyon 624 min manat və ya 27% çoxdur.
Bankın aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 113 milyon 312 min manat və ya 6,4% artaraq 2026-cı ilin 30 sentyabr tarixinə 1 milyard 883 milyon 681 min manat təşkil edib.
Bankın kredit portfeli 87 milyon 427 min manat və ya 6,6% artaraq 30 sentyabr tarixinə 1 milyard 421 milyon 626 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 92 milyon 11 min manat təşkil edib.


Bizi sosial şəbəkələrdən izləyin!!
