IEA: Qlobal gündəlik orta neft tələbatı bu il 2,6 mln. barel azalacaq | Banco.az

IEA: Qlobal gündəlik orta neft tələbatı bu il 2,6 mln. barel azalacaq

Bu il qlobal gündəlik orta neft tələbatının 2,6 milyon barel azalacağı gözlənilir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında bildirilib.

    Hesabata görə, 2026-cı ilin IV rübündə qlobal gündəlik orta neft tələbatı illik müqayisədə 2,5 milyon barel azalacaq.

    İranla müharibənin təsirləri, neft məhsullarının təklifində məhdudiyyətlər, yanacağın qiymətlərinin kəskin artması və iqtisadi perspektivlərin pisləşməsi tələbatın azalmasına səbəb olur. Azalmanın təxminən 25%-nin dizel yanacağının payına düşəcəyi proqnozlaşdırılır.

    2027-ci ildə qlobal gündəlik orta neft tələbatının 2 milyon barel artacağı gözlənilir. Bununla belə, göstərici 2025-ci ilin səviyyəsindən 620 min barel və ya 0,6% aşağı olacaq.

    IEA-nın proqnozuna görə, 2026-cı ildə qlobal gündəlik orta neft təklifi 5,8 milyon barel azalaraq 100,7 milyon barelə düşəcək, 2027-ci ildə isə 7,7 milyon barel artacaq.