Vergilər Nazirliyindən dövlət büdcəsinə 3 milyard manata yaxın vəsait daxil olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Vergilər Nazirliyindən dövlət büdcəsinə 3 milyard manata yaxın vəsait daxil olub

Beş ay ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə 3 milyard manata yaxın vəsait köçürüb.

Bu ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,6 faiz əməl edilib.

Banco Azərtac-a istinadən xəbər verir ki, qeyri neft-qaz sektoru üzrə büdcəyə 1 milyard 905 milyon 879 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri neft-qaz sektorunun xüsusi çəkisi 66,9 faiz təşkil edir.