Müəllif - Fərid İslamov - Banco.az
Amerikan fond indeksləri çərşənbə axşamı günü mənfi nəticə ilə ticarəti tamamladı. İnvestorlar ABŞ-dan gələn statistik məlumatları qiymətləndirir və Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrini gözləyirlər.
ABŞ tikinti sektoru:
- 
Fevral ayında ABŞ-da tikintisinə başlanan evlərin sayı əvvəlki ayla müqayisədə 11,2% artaraq illik göstəriciyə uyğun olaraq 1,501 milyon təşkil edib. 
- 
Yenidən baxılmış məlumatlara əsasən, yanvar ayında bu göstərici 1,350 milyon olub (əvvəllər 1,366 milyon kimi bildirilmişdi). 
- 
Trading Economics məlumatlarına görə, analitiklər ortalama olaraq yanvar göstəricisinin 1%-lik artımla 1,38 milyona çatacağını gözləyirdilər. 
ABŞ sənaye istehsalı:
- 
ABŞ-da sənaye istehsalının həcmi fevral ayında əvvəlki ayla müqayisədə 0,7% artıb. 
- 
Ekspertlər isə orta hesabla yalnız 0,2%-lik artım proqnozlaşdırırdılar. 
Bu nəticələr fonunda Uoll-Strit bazarları FED-in iclasının nəticələrini səbirsizliklə gözləyir, çünki faiz dərəcələri ilə bağlı qərarlar maliyyə bazarlarına ciddi təsir göstərə bilər.

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    