Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb | Banco.az

Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada korporativ kreditlərin artımı son üç ildə ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) şirkətlərə və istehlakçılara verilən kreditlər üzrə aprel ayında qeydə alınan dəyişiklikləri açıqlayıb.

Məlumata görə, Avrozonada şirkətlərə verilən bank kreditləri aprel ayında illik müqayisədə 3,4 faiz artıb. Beləliklə, korporativ kreditlərdə artım tempi 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb. Həmin dövrdə artım 4,1 faiz təşkil etmişdi. Bu göstərici mart ayında 3,2 faiz olub.

Ev təsərrüfatlarına verilən kreditlərin artım tempi isə 3 faiz səviyyəsində sabit qalıb.

Gələcək iqtisadi fəaliyyətin aparıcı göstəricilərindən biri hesab edilən geniş pul kütləsi göstəricisi M3 isə 2,7 faiz artaraq analitiklərin 3 faizlik gözləntilərindən aşağı olub. Bu göstərici mart ayında 3,2 faiz səviyyəsində qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram