ABŞ-də istehlakçı inamı gözləntiləri üstələyib | Banco.az

ABŞ-də istehlakçı inamı gözləntiləri üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də istehlakçı inamı gözləntiləri üstələyib.

Banco.az xəbər verir ki, Miçiqan Universitetinin ölçdüyü istehlakçı inamı indeksi noyabr ayının əvvəlində yüksələrək bazar gözləntilərini üstələyib. Bununla belə, sorğunun nəticələri yaşayış xərclərinin yüksək olması ilə bağlı narahatlıqların davam etdiyini və istehlakçıların mümkün süni intellekt köpüyü ilə bağlı qayğılarının artdığını göstərib.

Miçiqan Universitetinin İstehlakçı Sorğuları çərçivəsində açıqladığı ilkin məlumatlara görə, istehlakçı inamı indeksi noyabr ayında 51-ə yüksəlib. Oktyabr ayında bu göstərici yekun olaraq 48 səviyyəsində qeydə alınmışdı.

“Reuters”in sorğusunda iştirak edən iqtisadçılar noyabr ayında indeksin dəyişməyərək 48 səviyyəsində qalacağını proqnozlaşdırırdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram