Ukrayna banklarının 1/3-i kiberhücuma məruz qalıb | Banco.az

Ukrayna banklarının 1/3-i kiberhücuma məruz qalıb

Ukrayna banklarının 1/3-i kiberhücuma məruz qalıb.  Banco.az portalı "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının Təhlükəsizlik departamentinin direktor müavini Anton Kudin bildirib.

Onun sözlərinə görə, hazırda bütün maliyyə müəssisələri kiberhücumların təsirini minimuma endirib.

Qeyd edək ki, iyunun 27-də Ukrayna güclü kiberhücuma məruz qalıb. Hücum bank, enerji, nəqliyyat, telekommunikasiya kimi sahələrə edilib.