Türkiyəyə qoyulan investisiyaların məbləği iki dəfə artacaq | Banco.az

Türkiyəyə qoyulan investisiyaların məbləği iki dəfə artacaq

“Azərbaycan artıq investisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə çevrilib. Bu gün nəinki qonşu ölkələrə, həmçinin mərkəzi-şərqi Avropaya, Amerikaya investisiya yatırır”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son illərdə azərbaycanlı iş adamları və dövlət şirkətləri xaricə 10 milyard dollardan artıq investisiya yönəldib: “Bu investisiyaların 5 milyardı Türkiyə, 1 milyardı Gürcüstan, digər 4 milyard dolları mərkəzi-şərqi Avropa daxil olmaqla digər ölkələrin iqtisadiyyatına yatırılıb. İllər öncə Azərbaycanın Türkiyə sərmayəsinə ehtiyacı var idi, bu gün isə bu ölkəyə ən çox yatırım edən ölkələrdən biridir. Yaxın gələcəkdə isə Türkiyəyə qoyulan investisiya məbləğinin iki dəfə artacağı gözlənilir. Azərbaycan mərkəzi-şərqi Avropa ölkələrində daha çox sənaye sektoruna, enerji daşıyıcılarının istehsalı və yayımına, turizmə, ABŞ, Honq-Konq və Rusiyada daşınmaz əmlak sektoruna sərmayələr qoyur. Bütövlükdə Azərbaycanın xarici investisiyalarının strukturunun şaxələnməsi dünyada durğunluq və qlobal böhranlar baş verdiyi bir zamanda Azərbaycan dövlət büdcəsinə daha dayanaqlı və stabil gəlirlərin daxil olmasını təmin edir”.

Ən sərfəli kredit üçün müraciət et

SİA