Müəllif: Tamara Mustafayeva, Banco.az
İlin ilk 10 ayında Türkiyəyə səfər edən ziyarətçilərin ümumi sayı 50,2 milyon olub.
Banco.az xəbər verir ki, 50,2 milyon ziyarətçi sayını keçən Türkiyə turizmdə 2023-cü il hədəflərinə çatmaq üzrədir.
Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Türkiyə 2023-cü ilin 10 ayında ümumilikdə 50 milyon 217 min 181 ziyarətçi qəbul edib.
Yanvar-oktyabr dövründə Türkiyəyə gələn ziyarətçilərin 44 milyon 200 min 79 nəfərini əcnəbilər təşkil edib. 10 ay ərzində ümumi ziyarətçi sayında 6 milyon 17 min 102 nəfərlə xaricdə yaşayan vətəndaşlar da öz yerini tutub.
Tətilləri üçün Türkiyəyə üstünlük verən əcnəbilərin sayı 10 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,58 faiz artıb.
Qeyd edək ki, yanvar-oktyabr dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Rusiya Federasiyası əvvəlki ilin eyni dövrünə görə 26,02 faiz artım və 5 milyon 838 min 203 nəfərlə birinci yerdədir. Almaniya 8,38 faiz artım və 5 milyon 715 min 838 nəfərlə ikinci, İngiltərə (Birləşmiş Krallıq) isə 12,28 faiz artım və 3 milyon 598 min 870 nəfərlə üçüncü olub. İngiltərəni Bolqarıstan və İran izləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!