Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin xarici aktivləri 304 milyard dollara yüksəlib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2023-cü ilin sentyabr ayı üzrə Beynəlxalq İnvestisiya Mövqeyi (IIP) məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, sentyabr ayında Türkiyənin xarici aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 1,4 faiz azalaraq 304 milyard dollar, öhdəlikləri isə 3,6 faiz azalaraq 602,4 milyard dollar olub.
Beləliklə, Türkiyənin xarici aktivləri və öhdəlikləri arasındakı fərq olaraq təyin olunan xalis İİP sentyabr ayında mənfi 298,3 milyard dollar səviyyəsində hesablanıb. 2022-ci ilin sonunda xalis IIP mənfi 316,7 milyard dollar olub.
Sentyabrda 2022-ci ilin sonuna nisbətən ehtiyat aktivlər maddəsi 5,1 faiz azalaraq 122,2 milyard dollar, digər investisiyalar maddəsi isə 1,4 faiz azalaraq 119,1 milyard dollar olub. Bu dövrdə digər investisiyaların alt maddəsi olan xarici valyuta və türk lirəsi ilə bank aktivləri və depozitləri 3,1 faiz artaraq 46,4 milyard dollara çatıb.
Birbaşa investisiyalar (kapital və digər kapital) isə bazar dəyəri və valyuta məzənnələrindəki dəyişikliklərin təsiri ilə sentyabr ayında 2022-ci ilin sonu ilə müqayisədə 20,2 faiz azalaraq 163,3 milyard dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!