Türkiyənin bank sektorunun xalis mənfəəti artıb | Banco.az

Türkiyənin bank sektorunun xalis mənfəəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin bank sektorunun xalis mənfəəti ilk üç ayda illik 35 faiz artıb.

Banco.az xəbər verir ki, Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) açıqladığı məlumatlara görə, 2025-ci ilin mart ayında problemli kreditlərin ümumi nağd kreditlərdəki payı 1,93% olub. Halbuki bu göstərici 2024-cü ilin mart ayında 1,49% idi.

Digər əsas göstəricilər isə belədir:

  • Əsas kapitalın adekvatlıq əmsalı: 14% (2024 mart ayında bu göstərici 13% idi).

  • Kapital adekvatlığı standart nisbəti: 18%.

  • Ümumi aktivlər: 36,1 trilyon TL.

  • Ümumi kreditlər: 17,6 trilyon TL, halbuki 2024-cü ilin mart ayında bu göstərici 12,9 trilyon TL idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram