Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə yanvar ayında sənaye istehsalı artıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) Sənaye İstehsal İndeksi 2024 Yanvar ayı məlumatlarını açıqlayıb.
Bu məlumatlara görə, ölkədə sənaye istehsalı illik 1,1 faiz artım göstərsə də, aylıq dəyişməz olaraq qalıb.
Sənayenin alt sektorları nəzərdən keçirildikdə görünür ki, mədənçıxarma və karxana sektoru indeksi 2024-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına görə 4,9 faiz artıb. Emal sənayesi sektoru indeksi 0,4 faiz, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi isə 8,4 faiz artıb.
Sənayenin alt sektorları üzrə aylıq göstəricilərə baxdıqda görürük ki, mədənçıxarma və karxana sektoru indeksi 2024-cü ilin yanvar ayında əvvəlki aya görə 4,3 faiz artım reallaşdırıb. Emal sənayesi sektoru indeksi 0,6 faiz azalarkən, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi 4,6 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!