Türkiyədə sənaye istehsalı azalıb | Banco.az

Türkiyədə sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilin oktyabr ayına dair sənaye istehsalı göstəricilərini açıqlayıb. 

Banco.az xəbər verir ki, sənaye istehsalı indeksi oktyabr ayında illik əsasda 2,2 faiz artıb.

Sənayenin alt sektorları üzrə məlumatlara baxıldıqda, 2025-ci ilin oktyabr ayında mədənçilik və daş karxanaları sektoru indeksi əvvəlki ilin eyni ayına nisbətən 9,4 faiz artıb, emal sənayesi sektoru indeksi 1,9 faiz yüksəlib və elektrik, qaz, buxar və iqlimləndirmə istehsalı və paylanması sektoru indeksi 0,6 faiz artım göstərib.

Sənaye istehsalı aylıq 0,8 faiz azaldı
Sənaye istehsalı aylıq əsasda isə azalma tendensiyasını davam etdirib.

Sənayenin alt sektorları üzrə məlumatlara baxıldıqda, 2025-ci ilin oktyabr ayında mədənçilik və daş karxanaları sektoru indeksi əvvəlki aya görə 1,2 faiz artıb, emal sənayesi sektoru indeksi 0,9 faiz azalıb və elektrik, qaz, buxar və iqlimləndirmə istehsalı və paylanması sektoru indeksi 1,2 faiz enib.

Sentyabr ayına dair sənaye istehsalı göstəricisi isə aylıq 2,2 faiz azalmadan 2,1 faiz azalmaya doğru yenilənib. Bu isə son beş ayın ən kəskin aylıq azalması olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram