Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Trampın sərvəti sentyabrdan bəri 1,1 milyard dollar azalaraq, hazırda 6,2 milyard dollar təşkil edir.
Banco.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazır.
Eniş texnologiya şirkəti "Trump Media & Technology Group" (TMTG) səhmlərinin qiymətinin düşməsi ilə əlaqədar olub.
Analitiklər qeyd edirlər ki, noyabrın 21-də səhm qiyməti 10,18 dollara enərək, bütün zamanların ən aşağı səviyyəsinə yaxınlaşıb.
Sentyabr ayında nəşr Trampın xalis sərvətinin 7,3 milyard dollara çatdığını və onu dünyanın ən varlı adamları siyahısında 201-ci yerə qoyaraq 2024-cü il reytinqindən 118 pillə irəlilədiyini bildirmişdi.
Bahalaşmaya Tramp ailəsinin kriptovalyuta layihələrinə investisiyaları səbəb olub.
İyun ayında TMTG Truth Social Bitcoin və Ethereum ETF-ni işə salmaq üçün müraciət edib.
Fondun birbaşa kriptovalyutaya sərmayə qoyduğu bildirildi, portfelin dörddə üçü Bitcoin-ə, digər dörddə biri isə Ether-ə ayrıldı.
