Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik məsələsi olduğunu və Danimarkanın bölgəni qoruyacağına etibar etmədiyini bildirib.
Banco.az xəbər verir ki, Ağ Evdə keçirilən imzalanma mərasimində Tramp ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı davam edən mübahisəyə münasibət bildirib. Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini vurğulayan Tramp, vəziyyətin gələcəkdə diqqətlə izləniləcəyini bildirib.
Rusiya və Çinin Qrenlandiya ilə bağlı ciddi addımlar atdığını iddia edən Tramp qeyd edib ki, əgər biz Qrenlandiyaya girməsək, Rusiya və Çin də girəcək:
"Danimarka bu barədə heç nə edə bilməz, amma biz hər şeyi edə bilərik".
ABŞ prezidenti, Danimarka və Qrenlandiya rəsmilərinin iştirak etdiyi Ağ Evdəki görüşə istinad edərək, həmin görüşün nəticələri ilə bağlı brifinq alacağını bildirdi.
Tramp bildirib ki, Danimarkanın Qrenlandiya ilə bağlı gördüyü əlavə tədbirlər yetərli deyil.
