Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da mədənçıxarma sektoruna 3 milyard dollarlıq investisiya.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mədənçıxarma sektoru ilə bağlı dəyirmi masa toplantısı keçirilib.
Toplantıda çıxış edən Tramp bildirib ki, prezidentlik fəaliyyətinin ilk dövründə ölkənin enerji müstəqilliyini təmin ediblər, ikinci dövrdə isə iqtisadi müstəqilliyə nail olmağı hədəfləyirlər.
ABŞ-ın son 30 ildə 3400-dən çox mədəni itirdiyini qeyd edən Tramp bildirib ki, hazırda bu mədənlər daha sürətli şəkildə yenidən fəaliyyətə qaytarılır.
Tramp deyib: “Son 18 ayda administrasiyamız təxminən 40 milyard dollar dəyərində 160-dan çox faydalı qazıntı sazişi imzalayıb və ya təsdiqləyib. Bu gün ABŞ 1950-ci illərdən bəri ən sürətli templə yeni mədənlər açır.”
Ölkənin mövcud mədənçıxarma işçi qüvvəsinin yarısının qarşıdakı üç il ərzində təqaüdə çıxmasının gözlənildiyini vurğulayan Tramp gələcək nəsil mədən işçilərinin hazırlanması məqsədilə mədənçilik məktəblərinə 100 milyon dollar vəsait ayrılacağını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
