Azərbaycanda yüksək əməkhaqqılı vakansiyaların hansı sahələrə aid olduğu məlum olub.
Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, hazırda sistemdə mövcud olan yüksək əməkhaqqılı vakansiyalar əsasən informasiya və rabitə, maliyyə və sığorta, emal sənayesi və digər sahələr üzrədir.
Qeyd olunub ki, həmin vakansiyalar şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələri əhatə edir.
Eyni zamanda vakansiya bankında xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər sahələr üzrə də yüksək əməkhaqqılı iş yerləri mövcuddur.
Həmçinin bildirilib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən təhsil və ixtisas səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, əmək funksiyalarının mürəkkəbliyi, iş şəraiti və vəzifəyə dair digər tələblər nəzərə alınmaqla müəyyən edilir.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!
